top of page

Təchizat zənciri haqqında qısa giriş...

  • Writer: Admin
    Admin
  • Dec 14, 2017
  • 1 min read

Təchizat zəncirinin idarə olunması sahəsində yeni addımlarını atan, gələcək karyerasını bu sahədə hədəfləyən və ümumiyyətlə bu sahəyə maraq göstərənlər üçün təchizat zənciri nədir? Təchizat zənciri çox zaman logistika şəbəkəsi olaraq da adlandırılıb təchizatçılar, istehsal mərkəzləri, anbarlar, distribütor, topdan və pərakəndə satıcılar eləcə də istehlakçılardan ibarətdir.

Təchizat zəncirinin idarə olunması təchizat zənciri tərəfdaşlarının effektiv inteqrasiyası nəticəsində müştəri tələbatının doğru şərtlərlə, doğru sayda, doğru məkanda və zamanda təmin olunmasına əsaslanan bir yanaşma olub əsas təməli təchizat zənciri boyunca səmərəliliyin əldə edilməsi hesab olunur. Belə ki, təchizat zəncirinə daxil olan təchizatçılardan istehlakçılara kimi hər bir tərəfdaşın məhsul və ya xidmətin müştəri tələbatına uyğun şəkildə təmin olunmasında, eləcə də xərclərin yaranmasında rolu olduğunu düşünərsək, təchizat zəncirinin effektiv idarə olunması zamanı bu zəncirə daxil olan hər bir tərəfdaş ayrı ayrılıqda nəzərə alınmalı və fəaliyyətləri inteqrasiya olunmalıdır.

Təchizat zəncirinin, bu zəncirin tərəfdaşlarının daxil olduğu tam bir sistem olaraq nəzərə alınıb dizayn və idarə olunması, eyni zamanda müştəri tələbatına cavab verən xidmət səviyyəsini saxlamaqla xərclərin minimuma endirilməsinə nail olunması mürəkkəb bir məsələdir. Bu zaman nəzərə alınması vacib olan əsas faktor təchizat zənciri boyunca `dəyişgənlik`ləri mümkün olduğu qədər aradan qaldırmaq və aradan qaldırmaq mümükün olmadığı halda isə onları səmərəli şəkildə idarə etməkdir. Bəs təchizat zənciri boyunca mövcud olan bu `dəyişgənlik`lərə nələri aid etmək olar? Məsələn, müştəri tələbatı dəyişgəndir, müştəri tələbatının proqnozu da heç bir zaman dəqiq deyil, daşınma müddəti dəqiq deyil, istehsal avadanlıqlarının anidən dağılması və ya istehsal prosesi müddətində işləyib işləməyəcəyi dəqiq deyil və s., lakin bütün bunlar aradan qaldırılığı yaxud idarə oluna bildiyi halda təchizat zəncirinin dizyn və idarə olunmasında effektivlik və əsas təməl hesab edilən təchizat zənciri boyunca səmərəlilik əldə edilə bilər.


 
 
 

コメント


Featured Posts
Recent Posts
Archive
Follow Us
  • Facebook Basic Square
  • LinkedIn Social Icon

© 2023 by Knoll & Walters LLP. Proudly created with Wix.com

bottom of page