top of page

Təchizat zəncirində keyfiyyət problemlərinə menecment yanaşması...

  • Writer: Admin
    Admin
  • Dec 7, 2017
  • 1 min read

Təchizat zəncirinin idarə edilməsində keyfiyyət əldə olunmadığı halda bunu birbaşa işçi ilə əlaqələndirmək təchizat zənciri idarəçilərində çox zaman müşahidə olunan bir nüansdır. Bu mövqeyə cavab olaraq bildirmək istərdim ki, məşhur amerikalı keyfiyyətin idarə olunması üzrə guru William Edwards Deming demişdir ki, keyfiyyət problemlərinin yalnız 15%-i işçinin payına düşür, qalan 85%-nə isə mövcud prosseslər və sistemlər səbəb olur. Belə ki, yeni işçinin yaşadığı adaptasiya problemi və ya işin mütəxəssisi olmaması kimi 15% keyfiyyət problemlərinə gətirib çıxaran xüsusi səbəblər asanlıqla idarə edilə bilər və təlimlər və ya mütəxəssis seçimlərinə diqqəti artırmaqla asanlıqla aradan qaldırıla bilər. Lakin, məsələn, məhsula və ya xidmətə olan tələbatın tarixcəsi əldə olmadıqda və bu səbəbdən uğurlu təlabat planı hazırlamaq mümkün olmadıqda, anbar idarəçilərinin, distribütor və tələbat planlamaçılarının satış nöqtəsində olan real satış məlumatlarını əldə etməsi mümkün olmadıqda, təchizatçıların performansının yüksəldilməsi və inkişafında zəruri olan təlimlərə şirkətin təchizat zənciri idarəetməsində əsas yer verilmədikdə, uyğun informasiya sistemləri olmadığı üçün vaxtında ünsiyyət və informasiya mübadiləsi aparmaq mümkün olmadıqda, şirkət daxilində mövcud olan prosseslər və sistemlər ilə bağlı təchizat işçiləri üçün lazımi məlumatlandırıcı təlimlər təşkil olunmadıqda və bu kimi bir çox proses və sistemlərlə bağlı problemlər olduqda, bu ümumi səbəblər təchizat zəncirində baş verən həmin keyfiyyət problemlərinin 85%-ini yaradır. Yəni keyfiyyətli təchizatın əldə olunmasında başlıca təməl hesab olunan təchizat zənciri boyunca əməkdaşlıq təchizat zənciri tərəfdaşları tərəfindən icra olunsa da proses və sistemlər ilə dəstəklənir. Deməli, təchizat zəncirinin idarə olunmasında keyfiyyət problemi 85% menecmentin üzərinə düşən əsas öhdəlik olub ümumi səbəblər hesab edilən proses və sistem problemlərinin aradan qaldırılması ilə həll olunmalıdır.

.


 
 
 

Comments


Featured Posts
Recent Posts
Archive
Follow Us
  • Facebook Basic Square
  • LinkedIn Social Icon

© 2023 by Knoll & Walters LLP. Proudly created with Wix.com

bottom of page