top of page

Təchizat bazasının genişləndirilməsinin mənfi tərəfləri...

  • Writer: Admin
    Admin
  • Dec 4, 2017
  • 1 min read

Təchizat zəncirinin idarə olunmasında əsas məsələlərdən biri də bəzi şirkətlərin təchizat bazalarını genişləndirməklə xidmət və ya malların davamlı təchizatını əldə etməyə çalışmalarıdır. Eyni kateqoriyadan olan xidmət və ya malların üç və ya daha artıq təchizatçıdan alınması bazarda təchizat risklərinin önlənməsində bəzən müsbət rol oynadığı hesab olunsa da bunun mənfi təsirləri çox zaman nəzərə alınmamaqdadır. İlk növbədə təchizat bazasının genişləndirilməsi keyfiyyətli satın almamanın əldə olunması baxımından əlverişsiz hesab olunur. Belə ki, eyni kateqoriyadan olan müxtəlif təchizatçılardan satın almanı həyata keçirən şirkət hər bir təchizatçı ilə razılaşdığı satınalma şərtləri və informasiya məxfiliyini qorumaq məcburiyyətindədir. Bu zaman təchizat bazasına daxil olan təchizatçıların hər birini planlama və satın alma proseslerinə ayrı ayrılıqda daxil etmək və effektiv satın alma prosesinə nail olmaq üçün vacib olan informasiya mübadiləsini bu təchizatçıların hər birinə təmin etmək böyük vaxt sərfi və artıq məsrəflərə səbəb olur. Həmçinin mövcud olan sifariş sayının üç və daha artıq təchizatçı arasında mütəmadi olaraq bölünməsi hər bir təchizatçının az sayda sifariş alması deməkdir ki, bu da təchizatçının satın alan şirkətə endirimlər və güzəştlər təklif etməyə marağının azalmasına səbəb olur. Təchizat bazasının genişləndirilməsi təchizatçılarla əlaqələrin inkişaf etdirilməsinə və təchizatçıların performansının yüksəldilməsinə də öz mənfi təsirini göstərməkdədir. Təchizatçı şirkətlərin inkişafına nail olmaq üçün satın alan şirkətlər tərəfindən təşkil olunan ekspertlərin bilik və təcrübələrinin paylaşımının yer aldığı tədris və davamlı təlim proqramlarının eyni kateqoriyadan olan geniş təchizatçı bazasına təmin etmək də bu baxımdan əlverişsiz hesab olunur.


 
 
 

Comments


Featured Posts
Recent Posts
Archive
Follow Us
  • Facebook Basic Square
  • LinkedIn Social Icon

© 2023 by Knoll & Walters LLP. Proudly created with Wix.com

bottom of page