Təchizat Zəncirində İnteqrasiya anlayışı...
- Admin
- Dec 3, 2017
- 1 min read
Təchizat zəncirinin müasir idarə üsulunda inteqrasiya əsas rol oynayır. Belə ki, təchizat zəncirinə daxil olan hər bir tərəfin digər tərəf eləcə də bütünlüklə təchizat zəncirinin performans göstəricisi üzərində birbaşa və ya bilavasitə təsiri var. Təchizat zəncirinin idarə olunmasında inteqrasiya anlayışının əsasını təchizat zəncirinə daxil olan tərəflərin əməkdaşlıq və partnyorluğu vasitəsi ilə təchizat zəncirinin idarə olunmasında səmərəliliyi artırmaq təşkil edir. Yəni inteqrasiya dedikdə təchizatçı, istehsalçı, anbar, distribütor və ya pərakəndə satıcının məlumatları, bilik və bacarıqlarını paylaşaraq əldə etdikləri etibarlı əməkdaşlıqlar və bunun əsasında təchizat zənciri boyunca prosseslərin sinxronizasiyası başa düşülür. İnteqrasiya təchizat zənciri boyunca informasiya şəffəflığının artırılmasında və müştərinin tələbatı olduğu məhsul və ya xidmətin müştəriyə tələbata uyğun olaraq təmin edilməsində əsas rol oynayır. Bəs təchizat zəncirinin idarə olunmasında inteqrasiyaya necə nail olmaq olar? Müasir dövrümüzdə informasiya texnologiyaları inteqrasiyanın əldə olunmasında başlıca rol oynayır. Bu gün ERP sistemlər və ya internet üzərindən olunan informasiya paylaşımları vasitəsilə əldə olunan informasiya əsaslı inteqrasiya ən mürəkkəb quruluşlu təchizat zəncirlərinin belə effektiv idarə olunmasında artıq zəruri bir tələb olmuşdur.

コメント